Ölkədə apteklərdə aparılan qiymət islahatları ilə yanaşı vaxtaşırı yoxlamalar da aparılır.
VİZUAL.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanovun kütləvi informasiya vasitələrinə verdiyi məlumatda deyilir ki, planlı və plandan kənar keçirilən yoxlamalar qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır.
İl ərzində 113 aptekdə aparılan reydlər nəticəsində 4 aptekin qanunsuzluqlar aşkarlanıb və onların fəaliyyəti dayandırılaraq sahiblərinə qanunvericiliyə uyğun olaraq protokollar tərtib edilib.
Bundan başqa əczaçılıq bazarından 835 adda 2 min 874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb.
Analitik Ekspertiza Mərkəzi bu cür yoxlamalar mütəmadi olaraq aparacaq. Bu məqsədlə plan hazırlanıb.
Həmin plana əsasən, ilk növbədə Azərbaycan Respublikasında ilk dəfə dərman vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edən istehsalçıların və idxal zamanı dərman vasitələrinin keyfiyyətində normativ sənədlərin tələblərilə uyğunsuzluq aşkar edilmiş istehsalçıların yoxlanılması nəzərdə tutulub.|ANS
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL