Bakıda ata uşağını satışa çıxardı - 10 min manata FOTO

Bakıda ata uşağını satışa çıxardı - 10 min manata FOTO
"Borcun içində boğuluram"

"Baxa bilmirəm. Razılaşma yolu ilə satıram". Bu cümlə hər hansı bir əşya, avtomobil haqqında yazılmayıb. Təəccüblü olsa da, bu sözlər körpə uşağı satan şəxs tərəfindən yazılıb. Belə ki, ata öz övladını alış-veriş saytında 10 min manata satışa çıxarıb.
Miq.az-ın "musavat"a istina dla verdiyi məlumata görə, Orxan adlı azərbaycanlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm, razılaşma yolu ilə".
Əməkdaşımız həmin Orxan adlı şəxslə alıcı qismində əlaqə də saxlayıb. Övladını satışa qoyan ata deyib ki, bunu borcu ucbatından edir: "Borcun içində boğuluram. Uşağa baxa bilmirəm. İmkanım yoxdur. 40 günlükdür. Qiymətdə razılaşa bilərik. Hazırda uşağın qeydiyyatı 20 Yanvarda yerləşən Respublika Klinik xəstəxanasındadı. Adına keçirə bilərəm".
Əməkdaşımız bunun cinayət olduğunu xatırladıb. Bu zaman Orxan bildirib ki, "Elə bil ki, donordu. Pulsuz verirlər. Amma biz aramızda anlaşa bilərik".


Satışa çıxarılan uşaq





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az