Bakıda dəhşət: 19 yaşlı oğlan özünü 12-ci mərtəbədən atdı

Bakıda dəhşət: 19 yaşlı oğlan özünü 12-ci mərtəbədən atdı
Paytaxtda dəhşətli intihar hadisəsi baş verib.

Lent.az bildirir ki, Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsində yaşayan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu özünü binanın 12-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Bildirilir ki, 19 yaşlı Şahmar Yeni Yasamalda anası ilə birgə yaşayırmış. Onlar Hövsan qəsəbəsində qeydiyyatdadır.

Gənc oğlanın hansı səbəbdən həyatına son qoyması hələlik məlum deyil.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az