Bakıda əsgəri maşın vurdu - Vəziyyəti ağırdır

Bakıda əsgəri maşın vurdu - Vəziyyəti ağırdır
Bakıdakı 11 saylı cəzaçəkmə müəsissəsində hərbi xidmətdə olan əsgəri avtomobil vurub.

Miq.az  "Report"a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib.
Burada yolu keçmək istəyən 1996-cı il təvvəllüdlü Əsədzadə Ərşad Müşfiq oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb. Ağır bədən xəsarətləri alan Ə.Əsədzadə "Təcili yardım maşını" ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.

Qeyd edək ki, Ə.Əsədzadə 11 aydır ki, Ədliyyə Nazirliyyinin tabeçiliyində hərbi xidmətdədir. Onu avtomobil vurarkən əynində hərbi forma olub.

Faktla bağlı cinayət işi başlanılır, araşdırma aparılır.
 

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az