Bakıda evakuatorla avtomobil "oğurluğu" -VİDEO

Bakıda evakuatorla avtomobil

Paytaxtda yanlış parkinq edilmiş avtomobillərin müəyyənləşdirilməsi ilə bağlı reydlər aparılır.
 
BAKU.WS-in məlumatına görə, təəssüf ki, bəzi hallarda nəqliyyat vasitələrinin qanunsuz olaraq evakuasiya edirlər. Çox zaman bu hadisə oğurluq hadisəsini xatırladır. 

Redaksiyamıza göndərilmiş videoçarxda da anoloji hadisənin görüntüləri əks olunub. Feyzulla Qasımzadə küçəsində parkinq edilmiş "Mitsubishi Pajero" qanun keşikçilərinin növbəti hədəfi olub. Sözügedən ərazi Nəsimi rayonu yol polisi idarəsinin yaxınlığında yerləşir. 

Səkidə dayanan avtomobili aparmaq istəyən evakuator iki dəqiqə ərzində "Mitsubishi Pajero"nu yerindən götürərək aparmağa müvəffəq olub. Avtomobilin sahibi gəlib çatana qədər evakuator çoxdan ərazini tərk edərək həmin küçədən uzaqlaşa bilib.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az