Bakıda ikiqat Avropa çempionuna hökm oxundu

Bakıda ikiqat Avropa çempionuna hökm oxundu
İkiqat Avropa çempionu, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Renad Əliyevin işi üzrə məhkəməsi davam edib.

Miq.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmü ilə Renad Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, Renad Əliyev məhkəmədə özünü  təqsirli bilməyib və verilmiş ittihamları qəbul etməyib.
 
Qeyd edək ki, Renad Əliyev karatenin şotokan və vado ryu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir. Renad Əliyev ötən il oktyabrın 18-də həbs olunub. Ona qarşı satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı irəli sürülüb.
 
Onu da qeyd edək ki, Renad Əliyev Təfəkkür Universitetinin filial müdiri olmuş və hazırda xaricdə yaşayan Riyad Əliyevin qardaşıdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az