Bakıda itkin düşən uşaq tapıldı: Onu diləndiriblər?

Bakıda itkin düşən uşaq tapıldı: Onu diləndiriblər?
Bakıda itkin düşən uşaq tapılıb.

Bakının Əhmədli qəsəbəsində itkin düşən 10 yaşlı Abbasov Amil tapılıb.

Lent.az-ın məlumatına görə, bu barədə Amilin ailəsindən bildirilib. Deyilənə görə, uşağın özü az öncə evə gəlib. "Qapı döyüldü, açdıq gördük uşağın özüdür", - deyə Amilin anası Arzu Abbasova bildirib.

3-cü sinif şagirdi olan Amin özü isə aznews.az-a onu dilənçilərin oğurladığını deyib: "Məni soyuqda diləndirdilər”.

Bunu həmin sayta Aminin anası da təsdiqləyib. O bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: "Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az