Bakıda köhnə binalar söküləcək- 9 və 7 mərtəbəli binalar

Bakıda köhnə binalar söküləcək- 9 və 7 mərtəbəli binalar
Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb”. 
Bunu sahibkarlarla görüşündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
 
Konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur. Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Nazir tikinti şirkətlərini bu layihədə iştirak etməyə çağırıb.

Nazir bildirib ki, gələcəkdə tikinti şirkətlərinin də iştirakı ilə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. Onların problemlərinin aradan qaldırılması üçün tədbirlər görüləcək.
"Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır.  Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək. Bundan sonra da tikinti şirkətləri bu sahədə heç bir maneə ilə üzləşməyəcək”.

Nazir qeyd edib ki, əvvəl tikintiyə başlamazdan öncə icazənin alınması üçün 245 gün və bəzən də çox vaxt tələb olunurdu. Lakin prezidentin tapşırığı ilə aparılan işlər nəticəsində yeni iş sistemi yaradılıb və sahibkarların onlara verilən kodlar vasitəsilə tikinti işləri ilə bağlı "online" sistemdə məlumat almaq imkanı olacaq. Bu da vaxt itkisini xeyli azaldacaq. Lisenziyaların ləğv edilməsi sahibkarların işini sürətləndirəcək.

 Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az