Bakıda kütləvi dava: 20 yaşlı gənc bıçaqlandı

Bakıda kütləvi dava: 20 yaşlı gənc bıçaqlandı

Bakının Səbail rayonu ərazisində kütləvi dava baş verib.

Miq.Az APA-ya istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsi, 21 ünvanında qeydə alınıb.

Binanın həyətyanı sahəsində 4 nəfər arasında mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı soyuq silahdan da istifadə edilib. Nəticədə 1996-ci il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu üç bıçaq zərbəsi alıb. Ağır yaralanan V.Abdullayev təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az