Bakıda qatı toz dumanı yarandı

Bakıda qatı toz dumanı yarandı
Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən İstiPress-ə bildirilib ki, ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin avqust 23-də səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakı və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Nazirlikdən bildirilib ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar avqustun 26-dək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.



Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az