Bakıda saxta dollar əməliyyatı - Həbslər var

Bakıda saxta dollar əməliyyatı - Həbslər var

Dünən saat 13:55 radələrində Yasamal rayonu Şərifzadə küçəsində yerləşən "Rabitə Bank”ın "Yasamal” filialında külli miqdarda saxta dolları dəyişmək istəyən əcnəbi ölkə vətəndaşları tutulub.

Lent.az xəbər verir ki, Çin Xalq Respublikasının vətəndaşları 1988-ci il təvəllüdlü Chen Vonq Lin, 1963-cü il təvəllüdlü Lin Zhi Fanq və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçi saxta 18900 ABŞ dolları olan əskinazları dəyişmək istəyərkən tutulublar. Onlar maddi subut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az