Bakıda tanınmış həkimə və arvadına İŞGƏNCƏ VERDİLƏR - FOTO

Bakıda tanınmış həkimə və arvadına İŞGƏNCƏ VERDİLƏR - FOTO
İyulun 29-da uroloq-alim Kamal Abdullayevin Binəqədi rayonunda yerləşən evindən oğurluq olub. Evə daxil olan şəxslər K.Abdullayev və həyat yoldaşının əl-qolunu bağlayaraq onları işgəncəyə məruz qoyublar.

Hadisə ilə bağlı K.Abdullayevin klinikası ilə əlaqə saxladıq.
Klinikada telefona cavab verən xanım Publika.az-a açıqlamasında Kamal Abdullayevin qızı olduğunu deyərək hazırda atasının istirahətdə olduğunu dedi: "Atamla anamın vəziyyəti yaxşıdır, hər şey qaydasındadır. Hazırda Kamal Abdullayev istirahətdədir”.
Quldurların yaxalanmasına gəldikdə, xanım bu barədə yeni məlumat olmadığını dedi: "Yeni xəbər olsa, bu barədə mətbuata da açıqlama veriləcək. Hələ ki, həmin şəxslər yaxalanmayıb”.
Həmin şəxslərin kimliyi barədə də heç bir şübhələrinin olmadığını dedi: "Şübhələndiyimiz şəxslər olsa idi, bu barədə polisə məlumat verərdik”.
Qeyd edək ki, quldurlar uroloqun evindən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az