Bakıda Türkiyə universitetlərinin sərgisi

Bakıda Türkiyə universitetlərinin sərgisi
 
"Təhsil Cəmiyyəti”nin təşkilatçılığı və  "Akademi Group” Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Bakıda keçiriləcək Türkiyə universitetlərinin növbəti  təhsil sərgisinin təşkilatçılıq işləri yekunlaşmışdır. Bu bərədə müxbirimizə məlumat verən "Akademi Group” Xaricdə Təhsil Mərkəzinin layihə rəhbəri Razi Vəliyev bildirmişdir. O, demişdir:
 
- Oktyabrın 29 və 30-u tarixlərində saat 12:00-dan 17:00-dək Bakıda "Hilton” otelində təşkil olunan sərgidə Türkiyənin tanınmış dövlət və özəl universitetlərinin nümayəndələri sərgi iştirakçılarına təmsil etdikləri universitetlər və buradakı  təhsillə bağlı bütün sualları  ətraflı cavablandıracaqlar. "Akademi Group” Xaricdə Təhsil Mərkəzi tərəfindən ənənəvi olaraq hər il təşkil olunan sərgidə bu dəfə də tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türkiyə universitetlərində pulsuz təhsil imkanlarını açıqlayan təqdimatlar keçiriləcəkdir. Maraqlananlar həmçinin tələbə yataqxanaları, buradakı sosal şərait və yaşam qaydaları haqqında da ətraflı məlumat ala biləcəklər.  Əlavə olaraq, sərgi müddətində seminarların keçirilməsi də nəzərdə tutulur.
Sərgidə İstanbul Aydın, Bahçeşehir, İstanbul Kültür, Üsküdar Universiteti kimi Türkiyənin tanınmış universitetləri iştirak edəcək. Həmçinin Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşavirliyinin məsul nümayəndələrinin iştirakı da nəzərdə tutulur. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az