Bakının Ermənistanda agentləri var - Paşinyan

Bakının Ermənistanda agentləri var - Paşinyan

Ermənistanda azərbaycanyönlü fəaliyyət sərgiləyən qüvvələr var.

Miq.Az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin səlahiyyətlərinin icraçısı Nikol Paşinyan deyib.

"İstənil hərbi-siyasi qarşıdurma informasiya mübarizəsi ilə müşayiət olunur. Mənə aydındır ki, bu gün Ermənistanda Azərbaycanın informasiya agentləri mövcuddur. Bu insanları adbaad sadalamaq olar, məhz onlar 2020-ci ildə Azərbaycan Prezidentini Ermənistana hücum etməyə dəvət etmişdilər, son hadisələrə qədər Ermənistan ərazisinə müdaxilə edilməsi mümkün olan yerləri göstərirdilər”, – deyə o bildirib.

O, Ermənistandan bəzi məşhur siyasi dairələrin "Zəngəzur dəhlizi” mövzusunu tirajladığını deyib. Paşinyan Ermənistanın dəhliz mövzusunu müzakirə etmədiyini iddia edib.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az