BAKININ "TƏZƏ BAZARI"I UĞRUNDA SAVAŞ – FAKTLAR

BAKININ "TƏZƏ BAZARI"I UĞRUNDA SAVAŞ – FAKTLAR

Bir müddətdir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinovun verdiyi qərarların müəyyən hissəsinin ədalətsiz olması və tərəflərdən birinin mövqeyini açıq şəkildə müdafiə etməsi barədə yazılar mətbuatda dərc olunur. Bu hakim tərəfindən çıxarılan qərarların düzgün olmadığı barədə artıq bir sıra iddialar da ortaya çıxmağa başlayıb. “Vətəninfo.az”ın “gündəminfo.az”a istinadən verdiyi məlumata görə, saytın elektron poçtuna kifayət qədər maraqlı bir fakt daxil olub.

Belə ki, İkram Şirinovun 14 aprel 2010-cu il tarixdə çıxardığı qərar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən doğru qəbul olunmadığı üçün qismən qüvvədən düşüb.

İkram Şirinov sözügedən tarixdə iddiaçı İbrəhimov Məmmədağa Əlimürsəl oğlunun cavabdeh Şıxalıyev Vaqif Hacalı oğluna qarşı "təsis müqaviləsinin, cəmiyyətin təsis edilməsi haqqında təsisçilərin qərarının, yeni təsisçinin daxil olması ilə bağlı nizamnaməyə edilmiş dəyişikliyin və həmin dəyişikliyin hüquqi şəxslərin dövlət reyestrində qeydinin etibarsız hesab edilməsi" tələbinə dair ilkin iddiasını təmin edib.

Bakı Apellyasiya Məhkəməsi isə işə baxdıqdan sonra həmin qərarın qismən qüvvədən düşməsi barədə yeni qərar çıxarıb. Eyni zamanda, Ali Məhkəmənin Mülki Kollegiyası da Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinovun qəbul etdiyi qərarın ədalətsiz olduğu qənaətinə gəlib. Çünki hakim "Təzə Bazar" MMC ilə bağlı məsələdə qəbul etdiyi qərarı ilə açıq və aydın şəkildə iddiaçının - Məmmədağa İbrəhimovun maraqlarını müdafiə edib.

Halbuki cavabdeh Vaqif Şıxalıyev "Təzə Bazar" MMC-nin 50 faiz payı olan həmtəsisçisidir. Və Azərbaycan Respublikası Mülki Məcəllənin 91-ci maddəsinə əsasən o, MMC-nin idarəçiliyində iştirak etmək hüququna malikdir. Bu hüququ onun əlindən heç kim ala bilməz. Odur ki, bu və digər halları nəzərə alaraq qəti şəkildə demək olar ki, Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinovun qəbul etdiyi sözügedən qətnamə tam əsassızdır. Qeyd edək ki, adıçəkilən Məmmədağa İbrahimov da, Vaqif Şıxəliyev də əslən Sabirabad rayonundandırdılar. Hər iki şəxs öz rayonlarında böyük hörmət və ehtiramla qarşılanırlar. Vaqif Şıxəliyevin qardaşlarının isə nifuzlu şəxs olduqları söylənilir. Məlumatlara əsasən V.Şıxəliyevin qardaşı Şirəslan Şıxalıyev Sabirabad rayonun Poçtamptın müdiri vəzifəsində işləyir. Onun digər qardaşları da rayonda böyük nifuz sahibi olublar. Belə ki, Şalı Şıxəliyev və Əliabbas Şıxəliyevlər də rayonunda tanınmış simalardan olublar. Şıxəliyevlərdən olan xeyli nifuzlu şəxslər var ki, onlar hüquq-mühafizə orqanlarında da yüksək rütbəli zabit kimi çalışırlar. Maraqlıdır ki, sadalanan bu üstünlüklərin heç də hamısı Məmmədağa İbrəhimovda yoxdur. Lakin məhkəmə nədənsə ikincinin xeyrinə qərar çıxarıb.

Hətta hakim Etibar Hümbətov Vaqif Şıxalıyevin xəbəri olmadan əmlakın bölünməsi barədə qərar qəbul edib

Məlumatda o da vurğulanır ki, «Təzə Bazar» MMC-nin illik hesabatları Vaqif Şıxalıyevdən gizlədilib və zəruri sənədlər ona göstərilməyib.

Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, sözügedən müəssisənin gəlirlərinin üstünün açılmaması üçün Məmmədağa İbrəhimov bu yaxınlarda yeni iddia ərizəsilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib: "Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Zülfüqar oğlu Hümbətov isə öz növbəsində, 21 may 2012-ci il tarixdə tələm-tələsik MMC-nin həmtəsisçisi Vaqif Şıxalıyevin iştirakı olmadan Məmmədağa İbrəhimovun xeyrinə mülkün bölünməsi barədə qərar çıxarıb.

Hakimin qəbul etdiyi qətnaməyə görə, "Təzə Bazar" MMC-nin mülkiyyətində olan Nəsimi rayonu, S.Vurğun küçəsi 73 ünvanında 15707 ha torpaq sahəsində yerləşən 6259,9 kvadratmetr ümumi sahədən ibarət əmlak kompleksindən nizamnamə kapitalında əmlak payına uyğun torpaq hissəsinin "B" zonası Salatın Əsgərova küçəsindən S.Vurğun küçəsinə tərəf, S.Vurğun küçəsinə paralel 84,8 metr, Mərdanov Qardaşları küçəsinə paralel 44 metr istiqamətində 7853,5 kvadratmetr torpaq sahəsi və üzərində olan əmlak kompleksinin 3129,95 kvadratmetr ölçüdə natura qaydasında ayrılaraq Məmmədağa İbrəhimovun mülkiyyətinə və sahibliyinə verilib".

Buradan da aydın şəkildə görünür ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hümbətov həmkarı İkram Şirinovun yolu ilə gedib və məhz Məmmədağa İbrəhimovun xeyrinə qərar qəbul edib. Ən maraqlı məqam ondadır ki, hakim qarşı tərəfin - sözügedən mülkün sahibinin iştirakı olmadan sanki gizli şəkildə qətnamə qəbul edib.

Qeyd edək ki, sadalanan bu informasiyalar GUNDEMİNFO.AZ-a heç bir əlaqə koardinatları verilmədən təqdim edilib. Elə faktların ardıcıllığından da görünür ki, prosseslə bağlı olaraq birtərəfli mövqelər əksini tapır. Bu səbəbdən də yazılanlarla bağlı

 ARAŞDIRMALARIMIZI DAVAM ETDİRƏCƏK və tərəfləri dinləməyə çalışacağıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az