Balasanyan həyəcan TƏBİLİ ÇALDI: "Paşinyan intihara bərabər sənədə imza atacaq"

Balasanyan həyəcan TƏBİLİ ÇALDI:

"Paşinyan tezliklə istefa verməlidir. Nə olursa-olsun, o, Moskvaya getməməli və Əliyevlə görüşməməlidir".

Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu qondarma "dqr" təhlükəsizlik şurasının sədri Vitali Balasanyan deyib.

"Əliyevin şərtlərini artıq bilirik. "Artsax" ordusunun ləğv edilməsi və Dağlıq Qarabağdan çıxarılması, Ermənistan vətəndaşlarının Qarabağa yalnız Azərbaycanın icazəsi ilə gəlməsi, Dağlıq Qarabağın "hüquqi statusunun" ləğv edilməsi və Azərbaycanın idarəçiliyi altında yaşaması - budur Əliyevin tələbləri. Paşinyan da buna imza çəkəcək. Bu intihardır", - Balasanyan bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az