Baş nazir Davutoğlundan koalisiya açıqlaması
Baş
nazir Davudoğlu koalisiya müzakirələri ilə bağlı açıqlamasında, "Bizim
qapımız hər kəsə açıqdır. Hər kəslə hər şeyi danışarıq" deyib.
Baş nazir Əhməd Davudoğlu koalisiya müzakirələri ilə bağlı açıqlama edib.
Davudoğlunun açıqlamasının xülasəsi belədir:
"Münasibətimiz
çox açıqdır. Millətimiz, milli iradənin bir təcəllisi olaraq koalisiya
ilə hökm edilməsinə qərar verib. Bunun üçün bizim qapımız hər kəsə
açıqdır. Hər kəslə hər şeyi danışarıq və bu mövzuda əxlaqi, siyasi
baxımdan ən doğru yerdə dayanmağa qərarlıyıq.
Müxalifət
partiya liderlərinin açıqlamalarına baxıldıqda iqtidar mübadiləsi
varmış kimi görünür. Bu doğru bir rəftar deyil. Bunu açıq şəkildə
deyirəm.
Biz, rəsmi vəzifə Hörmətli
Prezidentimiz tərəfindən bizə təqdim edildiyi zaman da onsuz da işlərə
başlayacağıq. O ana qədər qapımız və məsləhətləşmələr üçün hər kəsə
açıqdır. Bütün partiyaların ümumi başçıları ilə tam açıq ürəkliliklə
danışacağam, vəzifəni üzərimə aldığım zaman. Gedib bu mövzuları özləri
ilə şəxsən ən üst səviyyədə danışacağam. Bunun xaricində çıxan
xəbərlərin hamısı yalnız şərhdən ibarətdir. Təbii bu şərhlər edilə
bilər, amma şəxsən mənim söyləmədiyim heç bir düşüncə AKP-ni təmsil
etməz.
Bu vaxta qədər edilənlər, deyilənlər
bəziləri xahiş, bəziləri zəmin yoxlama ola bilər, amma hər kəsin o gün
gəldikdə, danışıqlar başlayanda yaxşı niyyətlə və ciddiliklə
yaxınlaşmasını diləyirəm. Bu çərçivədə Hörmətli Bahçelinin açıqlamaları
daxil olmaq üzərə, bütün bu açıqlamaların əsas etibarı ilə o
danışıqlarda dəqiqliyə qovuşacağını ifadə etmək istəyirəm. Bizim
yanaşmamız, ilk gündən etibarən açıqdır. Heç kimə qapını bağlamadıq, heç
bir fərziyyəyə mahal qoymadıq.
Çərşənbə axşamı
yoldaşlarımız andla müqəddəs vəzifəyə başlayacaq. Heç kimə qapımızı
bağlamadıq. 'AKP bununla razılaşdı' kimi xəbərlər yalnız xahiş və
şərhdən ibarətdir. Bu mövzularla əlaqədar lazımlı açıqlamaları mən
edərəm.
Ölkəni yaxşı niyyətlə və təsirli bir
şəkildə idarə edə biləcək bir hökumət meydana gətirə bilmək üçün
əlimizdən gələni edəcəyik. Qapımız da heç kimsəyə bağlı deyil, zehinimiz
bağlı deyil, qulağımız bağlı deyil, könülümüz bağlı deyil. Ramazanın
gözəl atmosferi içində yeriyən koalisiya görüşmələrinin, ramazanın ruhuna da zidd düşən rəftarlardan uzaq qalınmasını diləyirəm".
Moderator.az