Baş nazirdən Kremlə mesaj

Baş nazirdən Kremlə mesaj
Gürcüstan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq.  
 
Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında söyləyib.  
 
Onun sözlərinə görə, Gürcüstan ərazi bütövlüyünü qorumaq üçün ağıllı və praqmatik siyasət həyata keçirməlidir. Qaribaşvili Tiflisin heç vaxt işğal altındakı ərazilərindən əl çəkməyəcəyini bildirib.  
 
Qeyd edək ki, 2008-ci il savaşından sonra Cənubi Osetiya Gürcüstandan ayrılıb. Hazırda həm Cənubi Osetiya, həm Abxaziya qondarma rejimlərinin müstəqilliyi Rusiya tərəfindən tanınıb. Moskva hər iki qondarma rejimlə müttəfiqlik haqqında müqavilə imzalayıb.  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az