Baş nazirdən məcburi müalicə ilə bağlı - Qərar

Baş nazirdən məcburi müalicə ilə bağlı - Qərar

Azərbaycan Nazirlər Kabineti "İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nda dəyişiklik edib.
 
Report-un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
 
Bu qaydalar narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsinin şərtləri və qaydalarını müəyyən edir. Məcburi müalicənin yalnız məhkəmənin qərarına əsasən tətbiq edilməsinə icazə verilir.
 
Dəyişikliyə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət ediləcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az