Batumidəki baş konsulumuz Vasif Talıbovla görüşdü

Batumidəki baş konsulumuz Vasif Talıbovla görüşdü
Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasına səfər edib. 

Miq.az xəbər verir ki, səfər çərcivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası və Acarıstan Muxtar Respublikası arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi, əhalinin gediş-gəlişinin sadələşdirilməsi üçün nəqliyyat əlaqələrinin yaranması, hər iki region üzrə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində səylərin artırılması məsələləri müzakirə olunub.

Səfər çərcivəsində həmcinin, baş konsul Rəşad İsmayılov, Naxçıvan şəhərində yaradılmış Heydər Əliyev muzeyindəki, ümummilli liderin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla yaxından tanış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Acarıstan Muxtar Respublikası Hökuməti arasında 2012-ci ildə imzalanmış "Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra Naxçıvan Muxtar Respublikası və Acarıstan Muxtar Respublikası arasında əlaqələr hər iki tərəfin səyləri ilə ilbəil genişlənməkdədir. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az