“Bayer”in ulduzu “Qarabağ”ın oyunundan danışdı

“Bayer”in ulduzu “Qarabağ”ın oyunundan danışdı

"Qarabağ" matça çox yaxşı hazırlaşmışdı. Hətta qələbə də qazana bilərdi.

Axar.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer" matçından sonra qonaqların üzvü Florian Virtz almaniyalı jurnalistlərə açıqlamasında bildirib.

Almaniya millisinin üzvü Ağdam təmsilçisinin çox inamlı oynadığını vurğulayıb:

"Qarabağ" ilk hissədə möhtəşəm oyun sərgilədi. Layiq olduqları 2 qolu vurdular. İkinci hissədə şanslarımızdan istifadə etdik. Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az