“Bayrağımızı yandıran kiprlilərə Bakıda göstərəcəyik”

“Bayrağımızı yandıran kiprlilərə Bakıda göstərəcəyik”
"Penalti epizoduna qədər 15-20 dəqiqə bayrağımızın o vəziyyətə salınması mənə çox pis təsir etdi. Sözün düzü, oyundan çox, fikrim orda qalmışdı. Hətta onların futbolçusuna da dedim ki, heç olmasa, siz bir şey edin, bayrağımızı yandırırlar.
Yarısı yndı, yarısı söndü, axırda bayrağı cırdılar. Axı futbolda nəyə görə bayrağa qarşı bu cür təhqirlər olmalıdı? Bayraqla bu cür rəftar edirlərsə, nə peşəkarlıq?”
Vətəninfo.az  Axar.az-a istinadla xəbər verir ki, bu sözləri "Qəbələ”nin kapitanı Cavid Hüseynov APA-ya geniş müsahibəsində deyib.
Kiprin "Apollon” klubu ilə görüşdə baş verən qalmaqaldan danışan futbolçu bayrağımızın cırılmasına cavab olaraq etdiyi jestə qismən haqq qazandırıb:
"Peşəkarlığa qalanda, burada iki məna var. Birincisi, gərək bu hərəkəti etməzdim. İkincisi, bu bayraq məhz mənim üçün, bir azərbaycanlı oğlu üçün az əhəmiyyət kəsb etmir.
Bizim bayrağımız elə qiymətlidir ki, neçə-neçə oğlanlarımız ondan ötrü hər şeyə gediblər. Elə götürək Ramil Səfərovu... O bayrağa görə ermənini tikə-tikə doğradı. Əgər bayrağımız o cür təhqir olunursa... Hansı hisslər keçirdiyimi anlatmaqda çətinlik çəkirəm”.
Futbolçu xalqa çağırış da edib: "Etdiyim həmin hərəkətə görə öncə xalqımdan üzr istəyirəm. Ancaq xalqımdan, başqa heç kimdən. Nə onların azarkeşindən, nə də futbolçusundan. Sadəcə, o jest yaxşı jest deyildi. Bizə də televiziya vasitəsilə milyonlarla azərbaycanlı baxırdı. Buna görə bir az peşmanlıq çəkirəm.
Bütün azarkeşləri stadiona dəvət edirik, xalqımızdan dəstək istəyirik. Azarkeşlik etsinlər, bir dəqiqə də olsun, susmasınlar. Gürcülərin cavabı verildiyi kimi, kiprlilərin də cavabı verilməlidi. Bu, elə-belə qalmamalıdır”.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az