Bədəlan kəndinin Ağsaqallarından Elmira Axundovaya dəstək

Bədəlan kəndinin Ağsaqallarından Elmira Axundovaya dəstək

71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Elmira Axundova 17 oktyabr 2015-ci il tarixdə Masallı rayonunun Bədəlan kəndindəki Ağsaqqallar evində kəndin sayılıb-seçilən ağsaqqalları ilə görüş keçirib.

Elmira Axundovanın vəkili, əməkdar müəllim Musarza Mirzəyev onun tərcümeyi halından söz açaraq bunları dedi: "Elmira Axundova doğma obası olan Masallını hər zaman yüksək səviyyədə, ləyaqətlə təmsil edən el qızı, vətən, xalq təəssübü çəkən qeyrətli Azərbaycan qızıdır. 90-cı illərdə ana yurdumuz Azərbaycanın işğala məruz qaldığı, haqsızlıqlarla üzləşdiyi, informasiya blokadasında boğulduğu illərdə Rusiya informasiya vasitələri, "Azadlıq” radiosu ilə haqq səsimizin dünyaya çatdırılmasında Elmira xanımın əvəzsiz xidmətləri olmuşdur. İndi isə Elmira Axundova siz masallılıların Milli Məclisdə danışan dili, "Şöhrət” ordenli, dövlət mükafatlı deputatıdır. Mən bilirəm ki, sizin hər biriniz onun bu 10 illik deputatlıq fəaliyyətini yüksək qiymətləndirirsiniz. Və əminəm ki, noyabr 1-də keçiriləcək seçkilərdə yenidən doğru seçim edəcəksiniz”.

Daha sonra kənd sakinləri Eldar Ağayev, Sədrəddin Məlikov, Həmdulla Məmmədov, Qərib Tağıyev, Eldar Eynullayev, Qədiməli Xəlilov, Fikrət Nuriyev, Sabir Əsədov, Füzuli Hüseynov, Xeyrulla Babayev, Reyhan Xəlilova, Aytən Şükürova çıxış edərək Elmira Axundovaya bütün kənd əhalisi adından 10 il ərzində kənddə görülən işlərə, Bədəlan kəndində təmir və inşa edilən 3 məktəbə, həmçinin bir sıra mühüm sosial məsələlərin həllinə görə təşəkkür etdilər, yenidən ona dəstək olacaqlarını bildirdilər, həll olunmamış bir sıra problemlərin də növbəti illərdə Elmira Axundovanın dəstəyi ilə həll ediləcəyinə əminliklərini ifadə etdilər.

 

 

Görüşün sonunda deputatlığa namizəd Elmira Axundova görüşə gəldikləri, dəstək verdikləri və ictimai əhəmiyyətli məsələləri növbəti 5 ildə onun qarşısında vəzifə kimi qoyduqları üçün sakinlərə təşəkkür etdi. O, qeyd etdi ki, əvvəlki 10 ildə bir çox problemlər ölkə rəhbəri cənab Prezident İlham Əliyevin köməyi, dəstəyi, qayğısı nəticəsində həll olunub, əmindir ki, yenidən seçiləcəyi təqdirdə növbəti 5 il ərzində yenə rayonun problemlərini ən yüksək vəzifəli dövlət məmurlarının qarşısında qaldıracaq, qalan problemlərin də həllinə birlikdə nail olunacaq. 215 minlik əhalisi olan Masallı rayonunda bir sıra yeni müəssisələrin açılmasının, iri turizm komplekslərinin yaradılmasının, bunun nəticəsində də işsizlik probleminin aradan qaldırılmasının özü üçün ən ümdə məsələ olduğunu qeyd etdi.

 

 

Görüşün sonunda Elmira Axundova yenə də sakinlərdən seçkilərdə fəal olmağı, kimə səs verəcəklərindən asılı olmayaraq seçkilərə qatılmağı xahiş etdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az