Bərdədə qocalar evi yandı - Foto

Bərdədə qocalar evi yandı - Foto

Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən qocalar evində güclü qeydə alınıb.

Axar.az xəbər verir ki, hadisənin səhər saatlarında elektrik naqillərində baş verən qısa qapanmadan baş verdiyi ehtimal edilir.

Məlumata görə, qocalar evi bir müddətdir ki, fəaliyyətini dayandırıb. Binada uzun müddətdir ki, 3 məcburi köçkün ailəsi məskunlaşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə Bərdə və Tərtər rayonlarından yanğınsöndürənlər cəlb edilib və yanğın tam söndürülüb.

Təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün rayon polis şöbəsinin əməkdaşları da əraziyə cəlb edilib.

Hadisənin baş vermə səbəbi Fövqəladə Hallar Nazirliyi və hüquq mühafizə orqanları tərəfindən araşdırılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az