Bərdədəki yanğında 101 mağazaya ziyan dəyib

Bərdədəki yanğında 101 mağazaya ziyan dəyib

Bərdə rayonunda bazarda baş verən yanğın zamanı ümumilikdə 101 mağazaya ziyan dəyib.

 "Report”a istinadən verilən xəbərə görə, mağazalardan 80-i tamamı ilə, digər 13-ü isə qismən yanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdədə güclü yanğın olub.

Miq.Az xəbər verir ki, hadisə Güloğlular kəndində, "Təzə Bazar" ərazisində qeydə alınıb.

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib. Yanğının söndürülməsinə habelə Ağdam, Tərtər rayonlarından da yanğınsöndürmə briqadaları cəlb edilib.

Bir qədər əvvəl yanğın artıq söndürülüb. Hazırda yanğınsöndürənlər mağazalarda olan kiçik ocaqların söndürülməsinə çalışırlar.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az