“Bəxtiyarın hərəkəti aramızda razılaşdırılmayıb”

“Bəxtiyarın hərəkəti aramızda razılaşdırılmayıb”

Qutsi Osmanov: “Ermənistanın isə Azərbaycana qarşı aqressor dövlət olmasını nəzərə alaraq, mən oranı tərk etdim”.

Vətəninfo.az xəbər verir ki. Ermənistan mediası Azərbaycanlı idmançı Bəxtiyar Abbasovun keçirilən yarışda Ermənistanın himini səslənən zaman oturması olayını Azərbaycanın Rusiyadakı səfirinin müavini Qutsi Osmanovun tapşırığı kimi qələmə verib. Bununla bağlı Qutsi Osmanov özünün facebook.com hesabından münasibət bildirib.


“Bu gün erməni KİV-də yazılan güya idmançımız Bəxtiyar Abbasova görə mənim ermənilərdən üzr istəməyim ilə bağlı şərhə münasibətim.
Son zamanlar azərbaycan KİV-də Sambo güləşi üzrə idmançımız Bəxtiyar Abbasovun erməni himninə göstərdiyi münasibət geniş müzakirə olunur.
Sözü gedən tədbirdə digər yüksək qonaqlar, o cümlədən Rusiya Dövlət Dumasının deputatları, tanınmış nüfuzlu idman xadimləri ilə birlikdə prezidiumda əyləşmişdim. Digər çəki kateqoriyaları üzrə yarışlarda birinci yer tutan idmançının təmsil etdiyi dövlətin himni səsləndirildiyi zaman prezidiumda əyləşən qonaqlar və bütün digər iştirakçılar ayağa qalxırdı. Təbii bizim idmançımızın məğlubiyyəti məni məyus etdi. Hətta yanımda əyləşən keçmiş sambist, tanınmış siyasi-ictimai xadim Aslanbek Aslaxanov Bəxtiyar Abbasovun layiqli döyüşçü olduğunu vurğulayaraq, təəsüf etdi ki Bəxtiyar uduzdu. Nəticədə bizim idmançımız 3-cü yer, erməni idmançı isə 1-ci yer tutdu. İdmançılar mükafatlandırılmaq üçün meydana dəvət olunarkən mən prezidiumu tərk etdim.
Tədbirdən sonra ziyafətdə, bir çox nüfuzlu qonaqlar mənə yaxınlaşıb Bəxtiyar Abbasovun erməni himni səslənən zaman oturduğunu danışdılar və mənim oranı tərk etməyəyimi gedib Bəxtiyara məsləhət verməyim kimi giymətləndirdilər. Cavab olaraq onlara söylədim ki, idmançını görmədim və mənim oranı tərk etməyim və onun hərəkəti aramızda razılaşdırılmamışdır. Həmçinin söylədim ki, "O ki qaldı Ermənistan dövlətinə, bu dövlət və onun rəhbərliyi azərbaycan xalqına qarşı böyük cinayətlər törədib, aqressor dövlət olaraq 20% torpaqlarımızı işğal edib, 1 million qaçqınlarımız doqma yerlərindən didərgin düşüb, 100 il ərzində Qərbi Azərbaycandan doğma yurdlarından planlı şəkildə azərbaycanlılar qovulub və azərbaycan torpaqları ərazisində Ermənistan dövləti yaradılıb". Həmçinin onlara Xocalı soyqırımını xatırlatdım. BMT-nin Təhlükəsizlik Şurasının hələ də 4 qətnaməsinin yerinə yetirilmədiyini, Rusiyanın erməni-azərbaycan münaqişəsinin həlli yolunda apardığı cəhdləri erməni tərəfi puça çıxartdığını qarşı tərəfə söylədim. Sonda qeyd etdim ki, "himn hər bir ölkənin rəsmi simvoludur, Ermənistanın isə Azərbaycana qarşı aqressor dövlət olmasını nəzərə alaraq, mən oranı tərk etdim". O ki qaldı üzr istəmək məsələsinə, bu erməni KİV-nin növbəti uydurmasıdır.
Sözü gəlmişkən, bu gün xalqımız bütün dünyada, o cümlədən biz Səfirliyimizdə, 31 mart ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım gününü geniş şəkildə qeyd edirik”.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az