Bəyannamənin ildönümü: Şuşada konfrans başladı

Bəyannamənin ildönümü: Şuşada konfrans başladı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda konfrans keçirilir.

Miq.Az xəbər verir ki, toplantıda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən hər iki ölkədən olan siyasi partiyaların nümayəndələri iştirak edirlər.

Konfransda əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunacaq.

Tədbir Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələrlə davam etdiriləcək.

Qeyd edək ki, toplantıya Türkiyə tərəfindən sabiq Baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmail Büyükataman qatılacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az