Beynəlxalq Banka sədr təyin edildi

Beynəlxalq Banka sədr təyin edildi
Beynəlxalq Banka sədr təyinatı baş verib.
Vətəninfo.az xəbər verir ki, Axar.az-a daxil olan qeyri-rəsmiməlumata görə, bu gün "Azər-Türk Bank” ASC-nin sədri Elmar Məmməd oğlu Məmmədov Azərbaycan Beynəlxalq Bankının sədri seçilib.
Qeyd edək ki, Cahangir Hacıyev bu il martın 18-də səhhəti ilə əlaqədar işdən uzaqlaşması barədə ərizə vermiş və Bankın Müşahidə Şurası istəyi təmin etmişdi. Sədr müavini Emil Mustafayev indiyə qədər sədri əvəz edirdi.
Elmar Məmmədov 1969-cu ildə doğulub, ixtisasca iqtisadçı və hüquqşünasdır. 1995-2004-cü illərdə Beynəlxalq Bankın Əməliyyat idarəsinin rəisi, Səbail filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini "Kapital Bank”da davam etdirən E.Məmmədov 2005-ci ildən bankı sədr müavini, 2009-cu ildən isə sədri işləyib.
Ötən il dekabrın 14-də "Azər-Türk Bank" ASC-nin səmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilmişdi.
Elmar Məmmədov "Azərsığorta” Dövlət şirkətinin rəhbəri Məmməd Məmmədovun (Azərbaycanda "Sığorta Mamed” kimi məşhur olan şəxs) oğludur.   



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az