Bəzi dərmanların respublikaya idxalı və apteklərdə satışı qadağan olundu. Bu məsələ Səhiyyə Nazirliyi Farmakoloji və Farmokopeya Ekspert Şurasının iclasında müzakirə edilib.
İclasda “Lirika” və “Koaksil”, “Tropin” və “Midriasil” dərman preparatlarının dövlət qeydiyyatının ləğv olunması və aptek şəbəkəsindən satışdan çıxarılması, “Oktaqam” preparatının dövlət qeydiyyatının bərpa olunması və s. bildirilib.
“Lirika” və “Koaksil” dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinqi və araşdırmaları tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınıb. Eyni zamanda, “Tropin” və “Midriasil” dərman preparatları dövlət müəssisələrində işlənən əsas dərman preparatlarının siyahısına daxil edilib və aptek şəbəkəsindən satışdan çıxarılıb. Buna səbəb adıçəkilən dərman vasitələrindən asılı şəxslərin ailə üzvlərinin, hüquq-mühafizə orqanlarının Respublika Narkoloji Mərkəzinə dəfələrlə edilən müraciətləri, xəstələr arasında rast gələn sui-istifadə və ağırlaşma hallarının müşahidə olunmasıdır.
“Oktaqam” (normal insan immunoqlobulini) dərman vasitəsinin istehsalçısı tərəfindən göstərilən problemlərin aradan qaldırılması və yaranma səbəblərinin öyrənilməsi başa çatdığı üçün isə bu preparatın dövlət qeydiyyatının bərpa edilməsinə dair qərar qəbul edilib.
Rəqsanə Yusifzadə
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.