Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq
Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında havaəsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
 

Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  12-15° isti, gündüz  17-20° isti, Bakıda gecə  13-15°, gündüz  17-19° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət  gecə 80-90 %, gündüz  55-65 % olacaq. 
Azərbaycanın əksər rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Şərq küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə  9-14°, gündüz  16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az