Binəli Yıldırım Qarabağda qəzaya düşdü –Təsili yardımla aparıldı

Binəli Yıldırım Qarabağda qəzaya düşdü –Təsili yardımla aparıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Qarabağda olan AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırım yol qəzasına düşüb.

Bu barədə İhlas Agentliyi məlumat yayıb.

Bildirilir ki, Binəli Yıldırımın içərisində olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb.  Qəza nəticəsində təhlükəsizlik yastıqları açılan avtomobildən çıxarılan Yıldırım təcili yardımla hadisə yerini tərk edib.

Yıldırımın səhhətinin yaxşı olduğu və Türkiyəyə qayıtması üçün helikopterlə hava limanına aparılacağı qeyd edilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az