Bir neçə saatdan sonra erməni katolikosunun Laçındakı sərhəd məntəqəsindən keçəcəyi gözlənilir...

Bir neçə saatdan sonra erməni katolikosunun Laçındakı sərhəd məntəqəsindən keçəcəyi gözlənilir...

Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları, işğalları və soyqırımlarının əsas ideoloqu olan Ermənistan kilsəsinin baş keşişi  Azərbaycanın Yuxarı Qarabağ torpaqlarını 6 iyunadək gəzməyi planlaşdırıb... 
Hələ mayın 26-da xəbər verdiyimiz kimi, bütün ermənilərin katolikosu II Qaregin bu gün – iyunun 3-də Zəngəzur və Qarabağa öncədən  planlaşdırdığı səfərə başlayıb. 
 
Moderator.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistan mediası məlumat yayıb.
 
Erməni din xadiminin əvvəlcə qədim Zəngəzurun Gorus şəhərindəki kilsəni ziyarət edəcəyi, sonra isə Ermənistanın Azərbaycanın Qubadlı rayonu ilə sərhədində yerləşən Şurnuxu kəndinə baş çəkəcəyi bildirilir. Daha sonra II Qareginin  Rusiya sülhməramlı(?) hərbi kontingentinin  nəzarətində olan Laçın "dəhliz”i ərazisindəki Azərbaycan dövlət sərhədini pozub torpaqlarımıza ayaq basacağı, Laçın və Şuşa rayonlarından keçərək Xankəndinə yollanacağı gözlənilir.
 
Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları, işğalları və soyqırımlarının əsas ideoloqu olan Ermənistan kilsəsinin baş keşişi  Azərbaycanın Yuxarı Qarabağ torpaqlarını 6 iyunadək gəzməyi planlaşdırıb. 
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az