“Biz antaqonizmə meyilli və yarımçıq xarakterli cəmiyyətik”

“Biz antaqonizmə meyilli və yarımçıq xarakterli cəmiyyətik”

Millət vəkili Fazil Mustafa facebook səhifəsində Azərbaycan cəmiyyətinin xarakteri ilə bağlı maraqlı status paylaşıb.

Vətəninfo.az Moderator.az-a istinadla  həmin statusu oxuculara təqdim edir:
“Tarix boyu düşüncə sistemi, dini dəyərləri, milli özünüdərki təzad içində, antaqonizmə meyilli və xarakterin tamlığı olmayan bir cəmiyyət olmuşuq. 8 may Şuşanın işğalından dərhal 9 may Putinin Qələbə Bayramına heç nə olmayıbmış kimi rahat transfer olunuruq. 8 may kədərimizdə də səmimiyyəti görmürsən, 9 may sevincində də. Böyük liderimiz Rəsulzadənin "Əsrimizin Siyavuşu"nda təsvir etdiyi kimi vücudumuz və ruhumuz yarı Turan, yarı İran xüsusiyyətlərini daşıyır. Dinimizdə Məhəmmədi dəfn edib, Mehdini gözləyirik. Rəsulzadə ilə Nərimanov arasında bərabərlik işarəsi qoyuruq. Bu gün yolda rastlaşdığım tanışlardan biri "Bayramınız mübarək!" deyəndə bunları düşündüm. Siyasət xatirinə, Rusiyanın qəzəbinə gəlməmək üçün 9 mayı rəsmi təntənəyə çevirmişik, insanların xeyli hissəsi də özünü inandırmış ki, Rusiyanın qələbə bayramının birbaşa bizə dəxli var. Hələ də düşündürücüdür ki, həmin Rusiya niyə 8-9 mayı birlikdə Qələbə Bayramı kimi qeyd etmir? Axı Şuşanı da Rusiya alıb ermənilərə verib. Qəribədir, 28 apreldə müstəqilliyin itirildiyi bir gündə niyə heç yerdə bayraqlarımıza qara lenta bağlayıb insanlara müstəqil dövlət olmamnın faciəsini xatırlatmırıq? 15 sentyabr Bakının işğaldan azad olunması gününü qeyd etmirik, ancaq Berlinin ələ keçirilməsini atəşfəşanlıqla qeyd edirik. Bunlar hamısı yuxarıda bəhs etdiyim təzadla bağlı məsələlərdir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az