Almaniyanın Federal prokurorluğu iki jurnalistə qarşı dövlətə xəyanət ittihamı ilə təhqiqat başladıb.
Vətəninfo.az Virtualaz.org-a istinadla xəbər verir ki, Netzpolitik.org portalının müxbiri Andre Mayster və resursun baş redaktoru Markus Bekedal barəsində təhqiqat Almaniyanın xüsusi xidmət orqanlarının şikayəti əsasında başladılıb. "The Guardian” qəzetinin yazdığına görə Federal prokurorluğun nümayəndəsi /şikayətin Netzpolitik.org portalının əldə etdiyi sənədlər əsasında fevralın 25-də və aprelin 15-də yazılmış iki məqaləyə əsaslanır.
Həmin məqalələrdə deyilir ki, Almaniyanın konstitusiyanın mühafizəsi üzrə Federal strukturu online-resurslar üzərində nəzarəti gücləndirmək üçün əlavə maliyyələşmə mənbələri axtarıb. Habelə sosial şəbəkələri izləmək üçün xüsusi şöbənin yaradılması ilə məşğul olub. İstintaq Netzpolitik.org portalının bununla dövlət sirrini yayıb-yaymadığını araşdırmalıdır.
Andre Mayster isə bu cinayət işini "mətbuat azadlığına qarşı hücum” adlandırıb. "Bizi bununla qorxutmaq mümkün deyil”-jurnalist bildirib.
Qeyd edək ki, Almaniya federal hökuməti tez-tez başqa ölkələrdə söz və mətbuat azadlıqlarına qarşı hücumları pisləyən bəyanatlar verir. Bu ölkənin rəsmiləri, siyasətçiləri Azərbaycanı hədəf seçərək onu insan haqlarını və mətbuat azadlıqlarını məhdudlaşdırmaqda, jurnalistləri təqib etməkdə ittiham edirlər. Habelə Almaniya mediası Azərbaycana qarşı bu ittihamlarla davamlı kampaniya aparır.
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi