Blinken prezident İlham Əliyevi Ermənistanla inam tədbirlərini möhkəmləndirməyə çağırıb

Blinken prezident İlham Əliyevi Ermənistanla inam tədbirlərini möhkəmləndirməyə çağırıb

Çərşənbə günü ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevlə telefon danışığı zamanı Ermənistan-Azərbaycan dinc nizamlanması üzrə gələcək addımları müzakirə edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Dövlət katibi ABŞ-ın sülh prosesinə dəstəyini vurğulayıb və hər iki tərəfi Vaşinqtonda razılaşdırıldığı kimi gələcək danışıqları planlaşdırmağa çağırıb”, – mətbuat katibi Ned Prays telefon danışığı ilə bağlı bildirib.

Onun sözlərinə görə, Blinken prezident Əliyevi "atəşkəs rejiminə riayət etməyə, təxribatlara yol verməməyə və Ermənistanla sülhə zəmin hazırlamaqdan inamın möhkəmləndirilməsi üçün tədbirlər görməyə” çağırıb.

Bundan öncə bu həftənin əvvəlində Blinken Ermənistanın baş naziri Paşinyanla danışıb və onu "noyabrın 7-də Vaşinqtonda xarici işlər nazirlərinin görüşündən sonra sülh danışıqlarının tempini saxlamağa” çağırıb. "Birləşmiş Ştatlar bu səylərə əvvəlkitək sadiqdir”,- Blinken deyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az