Britaniya İŞİD-in təhlükəsi altındadır
Britaniyanın
təhlükəsizlik rəsmiləri İkinci Dünya Müharibəsinin başa çatmasının 70-cı
ildönümü ərəfəsində keçiriləcək mərasimlərin planlarının nəzərdən
keçirildiyini bildirir.
Suriya
ilə əlaqəsi olan ekstremistlərin Londonun mərkəzində təşkil ediləcək və
kral ailəsinin də qatılacağı parad zamanı Boston hücumuna bənzər hücum
həyata keçirəcəyindən ehtiyat edilir.
Qərbin
kəşfiyyat agentlikləri İŞİD-in taktikasını dəyişib, sıralarına cəlb
etdiyi xaricilərin öz ölkələrində hücumlara təşviq edəcəyi təxmin
edilir.
Təhlükəslik
qorxuları Britaniyanın Sky News agentliyinin araşdırmaçı
jurnalistlərinin İŞİD-in Britaniydakı üzvlərinin etibarını qazanmaqla
onlardan aldıqları məlumatlara əsasən artıb.
Jurnalistlər
cihadçılar adı altında online yazışmalardan bu həftə sonu hücum planı
hazırlandığına dair məlumat əldə edib. Hücumda 3 qadın iştirak edə
bilər.
Təhlükəsizlik
rəsmiləri buna baxmayaraq insanları şənbə və bazar günləri keçiriləcək
mərasimlərdə iştirak etməyə təşviq edir. Polisin bəyanatında bildirilir
ki, beynəlxalq terrorizm təhdidlərinin ciddiliyi nəzərə alınaraq,
ictimai tədbirlərin təhlükəsizliyi planları nəzərdən keçirilir.
Qərb
İŞİD-ın sıralarına qoşulan təcrübəsiz döyüşçülərin hücum ehtimalı ilə
yanaşı Suriyadan qayıdan terroristlərin daha böyük hücumlar həyata
keçirə biləcəyindən narahatdır.
Təxminlərə
görə, qərbdən 4 min adam İŞİD-ə qoşulub. Lakin bu göstəricinin daha
artıq ola biləcəyi barədə də xəbərdarlıq verilib ("Amerikanın səsi").