" Bu ölkədəki milyonlarla müsəlman və dünya əhalisinin dörddə biri kimi, mənim üçün də sevgili Peyğəmbərimizdən(s.) daha çox dəyər verdiyimiz və salamladığımız kimsə yoxdur..."
Böyük Britaniya parlamenti tərəfindən Ədliyyə Nazirliyinin təqdim etdiyi ölkənin milli simvollarına edilən hücumlara görə daha sərt cəzalandırılmaya dair yeni bir qanun layihəsinin müzakirəsi zamanı deputat Naz Şah İslamı və Məhəmməd Peyğəmbər əleyhissəlamı təhqir etmək məsələsini qaldırıb.
Moderator.az xəbər verir ki, bu haqda "Əl-Cəzirə” telekanalı reportaj yayımlayıb.
Məlumata görə, Leyboristlər Partiyasının müsəlman təmsilçisinin çıxışı həmkarlarının çox diqqətini çəkib.
Şah dini hisslərin də qorunan simvollar kateqoriyasına daxil edilməsini tələb edib. O deyib ki, bu, xüsusilə bir sıra Avropa ölkələrində hücum hədəfinə çevrilən Məhəmməd Peyğəmbərin(s.) qorunması ilə bağlıdır.
"Bu ölkədəki milyonlarla müsəlman və dünya əhalisinin dörddə biri kimi, mənim üçün də sevgili Peyğəmbərimizdən(s.) daha çox dəyər verdiyimiz və salamladığımız kimsə yoxdur"- deyib Naz Şah.
Cəmiyyətlər arasında İnteqrasiya naziri vəzifəsini icra edən bu müsəlman xanım partiya sıralarında əhəmiyyətli bir siyasi fiqurdur. Onun açıqlamaları həmişə geniş ictimai rezonansa səbəb olur.