Britaniyalı deputat İbadoğlunu həbs edənlərə sanksiya tətbiq etməyə çağırır

Britaniyalı deputat İbadoğlunu həbs edənlərə sanksiya tətbiq etməyə çağırır
Britaniya parlamentinin deputatı Devid Kemeronu Qubad İbadoğlunu həbs edənlərə qarşı sanksiya tətbiq etməyə çağırıb.  

Marqaret Hoc Qubad İbadoğlunun işi ilə əlaqədar Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemerona müraciət edib.

"Mən Devid Kemerona yazaraq xahiş etdim ki,  London İqtisadiyyat Məktəbinin professoru və korrupsiyaya qarşı mübarizə kampaniyasının iştirakçısı Qubad İbadoğlunun tibbi yardım alması üçün mümkün olan hər şeyi etsin. Korrupsiyanı ifşa edənləri qorumaq üçün əlimizdən gələni etməliyik", - o, Tvitterdəki hesabında yazıb.

O, məktubda Kemerona təklif edir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan Qubad İbadoğlunu qanunsuz həbs edənlərə qarşı sanksiyalar tətbiq etsin.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az