Bu banka əmanət qəbul etmək qadağan olundu

Bu banka əmanət qəbul etmək qadağan olundu
Azərbaycan Mərkəzi Bankı "Yunayted Kredit Bank”a əmanət qəbulunu qadağan edib. Bu barədə fins.az-a bankdan bildirilib. Bununla yanaşı, kredit təşkilatından qadağanın səbəbi barədə açıqlama verilməyib. Yalnız o bildirilib ki, bank əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmağa qərar verib. Xatırladaq ki, bir qədər əvvəl məhkəmə çəkişməsi ucbatından "Yunayted Kredit Bank”ın həm ölkədaxili, həm də ölkəxarici hesablarına həbs qoyulmuşdu. Son nəticədə bankın əmanətçiləri pullarını geri götürə bilmirdilər. Hazırda isə bankdan bu problemin həll olunduğu bildirilir.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az