Bu gün Ay Yer kürəsinə ən yaxın məsafədən keçəcək

Bu gün Ay Yer kürəsinə ən yaxın məsafədən keçəcək
 
Bu gün Ay Yer kürəsinə maksimum yaxın məsafədən keçəcək.
 
APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, Ay Yer ətrafında uzadılmış orbit trayektoriyası üzrə hərəkət edir.
 
Ayda bir dəfə o, planetimizə yaxınlaşaraq perigey nöqtəsini keçir, həmçinin ayda bir dəfə apogey nöqtəsini keçərək Yerdən uzaqlaşır. Mayın 26-da qeydə alınacaq Ay perigeyini 2017-ci ilin ən yaxın məsafəsi hesab etmək olar.
 
Beləliklə, bu gün Ay planetimizə 357 209 km yaxınlaşacaq.
 
9 iyun tarixində Ay Yerin təbii peyki apogeyi keçərək, planetimizdən 406 401 kilometr uzaqlaşacaq. Dekabrın 19-da isə Yerdən maksimal uzaq məsafədə (406 604 kilometr) olacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az