Bu gün Azərbaycanın yeni baş prokuroru təsdiqlənir

Bu gün Azərbaycanın yeni baş prokuroru təsdiqlənir

Bu gün Milli Məclisin iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, baş prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

Miq.Az-ın məlumatına görə, iclasda baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi müzakirə ediləcək.

Qeyd edək ki, Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti bitib. Z.Qaralov 2000-ci ilin 25 aprelindən baş prokuror vəzifəsində işləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az