"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...

"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...

Müdafiə Nazirinin MTT üzrə müavininin vəzifəsinin icrasına buraxılmış general-leytenant Nizam Osmanov Qaraqabaq olsa da, haqqında hərə bir söz danışsa da, biz jurnalistlər üçün maraqlı müsahibdir. Onun mətbuata ilk və ən geniş müsahibəsi də "Azeri Defence" jurnalına olub.

Tayfa-tərədə bir neçə general, bir neçə polkovnik və polkovnik-leytenant var. Bir qohumu da general-leytenant Heydər Piriyevdir.
Özü danışırdı ki, qohumlarından o vaxt hərbi məktəbin kursantı olmuş bir nəfərin sözünə baxmasaydı indi general deyil, həkim idi.
Məktəbi bitirib Tibb Universitetinə qəbul olunub. Bir il də orada təhsil alıb.

Yaxın qohumu da hərbi məktəbdə oxuyurmuş. Bir dəfə kəndə gələndə zarafatları düşüb. Kursant özünün hərbi geyimi ilə öyünərək deyib ki, "bu kişi geyimidir. Get xalatını geyin!"
Nizam paşa deyir ki, bu sözdən prinsipə düşdüm. Tibb Universitetindən çıxıb hərbi məktəbə imtahan verdim və qəbul olundum.
Sonra Nizam paşa generallığa yüksəlib, qohumu olan o gənc isə hələ də polkovnik rütbəsindədir. İndi Nizam paşanın yanında işləyir.

Rəşad Süleymanov, "Azeri Defence" jurnalının baş redaktoru


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az