Bu ölkənin adı dəyişdirilir

Bu ölkənin adı dəyişdirilir

Miq.az modern.az-a istinadən bildirir ki, dəyişiklik reallaşarsa, ölkənin adı bundan sonra Çekya olacaq.

Məlumatda qeyd edilir ki, Çexiya parlamentinin qərarının ardından da Birləşmiş Millətlər Təşkilatına rəsmən müraciət edilərək ölkənin yeni adının qeydiyyatlara bu şəkildə alınması tələb ediləcək. Nazir hökumətin yekdilliklə aldığı bu qərarın arxasında ölkənin adının müxtəlif dillərdə fərqli bir şəkildə deyilməsindən duyulan narahatlığın dayandığını vurğulayıb.

Çexiyanın (ingiliscə Czechia) altı dünya dilində, yəni ərəbcə, çin, ingilis, ispan, fransız və rus dillərində eyni şəkildə deyilməsinin rahatlıq yaradacağı və bunun da ölkənin milli identikliyi baxımından faydalı olacağı gözlənilir.

Çexiyada əslində ad mübahisələri bir müddətdir davam edirdi. Bir qisim siyasətçi hətta ölkənin adının Çekistan olmasını da müdafiə edir.

Dövlət başçısı Miloş Zeman bir müddətdir ki, ingilis dilində danışıqlarında ölkəsini Czechia adlandırırdı.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az