"Bu məsələdə nə ermənilər, nə Ermənistan söz sahibi deyil” - Keçmiş briqada komandiri


"Əgər bu məsələ sırf Ermənistandan asılı olsaydı, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda erməni ordusunu darmadağın edib öz torpaqlarını işğaldan azad edərdi"

Serj Sarqsyan hakimiyyətə gəlmək üçün yenidən Qarabağ kartından istifadə etməyə başlayıb. Yerli mediaya açıqlamasında Azərbaycanın gücünü etiraf edən S.Sarqsyan bildirib ki, Azərbaycanın Qarabağ məsələsində hərbi yoldan vaz keçdiyinə ümid etmək olmaz. O, 2016-cı il aprel döyüşlərini xatırladaraq "biz çalışmalıyıq ki, təmas xəttində möhkəmlənək" deyərək əslində Azərbaycanın silahlı qüvvələrindən it kimi qorxduğunu büruzə verib.... 

Mövzu ətrafında Moderator.az-ın suallarını keçmiş briqada komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov cavablandırıb. Polkovnik bildirib ki, Sarqsyan Qarabağ məsələsindən hər zaman sui-istifadə edib və sonadək də istifadə edəcək, çünki hakimiyyətdə qalması üçün başqa alternativi yoxdur:

"Sarqsyanın Qarabağdan başqa ortaya qoyası bir şeyi yoxdur. Sarqsyan elə Qarabağ dalğası ilə hakimiyyətə gəlib. Bu müddətdə də o, Qarabağ klanı kimi bir cinayətkar şəbəkə yaradıb. İndi Ermənistanda çox yerlərdə Qarabağ klanı aparıcı qüvvədir. Bunu da Sarqsyan öz hakimiyyətini bərkitmək üçün əvvəlcədən edib. Amma məsələ burasındadır ki, Qarabağ düyünü Azərbaycanda milləti birləşdiribsə, Ermənistanda isə əksinə, cəmiyyəti iki yerə bölüb. Bu da onların iqstisadiyyatına da çox mənfi təsir göstərib. Ölkəni əsgər yaşına çatacaq gənclər tərk edirlər ki, Qarabağda xidmət etməsinlər”.  

Ş.Ramaldanov bildirib ki, Sarqsyanı növbəti dəfə də hakimiyyətə gətirmək istəyən qüvvələr var:

"Bu etrirazlar birinci etiraz deyil və sonuncu da olmayacaq. Biz bilirik ki, Ermənistanda konstitutsiyada edilən dəyişiklikdən sonra baş nazir böyük səlahiyyətlərə malik olacaq. Sarqsyan əvvəl prezident kimi siyasət yeridib, Qarabağla bağlı mövqeyini bildirirdisə, bundan sonra baş nazir kimi bu məslələrə münasibət bildirəcək. Ancaq həmişə olduğu kimi Sarqsyan burda da Qarabağ faktorundan tez-tez istifadə edəcək. Bu həm də Ermənistan cəmiyyətini qorxutmaq üçün bir vasitədir. Sarqsyanın baş nazir kürsüsünə gəlmək ehtimalı böyükdür. Bunun üçün onu Qarabağ klanı dəstəkləyir”.  

Ş.Ramaldanov Qarabağın açarının üçüncü dövlətlərdə olduğunu deyib:

"Qarabağın açarı Ermənistanda yox, bu məsələdə maraqlı olan üçüncü dövlətlərin əlindədir. Bu bir münaqişə ocağı kimi həmin dövlətlərin əlində təzyiq-təsir vasitəsidir. Əgər bu məsələ sırf  Ermənistandan asılı olsaydı, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda erməni ordusunu darmadağın edib öz torpaqlarını işğaldan azad edərdi. Aprel döyüşlərində də biz  bir daha şahid olduq ki, bu məsələdə üçüncü dövlətlərin marağı var. Mən inanmıram ki, hakimiyyətə Sarqsyan gəlməsə, yəni onu hansısa başqa bir erməni əvəz etsə, bu məsələ həll oluna bilər. Bu məsələdə nə ermənilər, nə Ermənistan söz sahibi deyil”. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az