Bu müəsisə borc içində batır – 70 milyon

Bu müəsisə borc içində batır – 70 milyon
"Şəki-İpək” ASC-nin baş müəssisəsində istehsalın tam dayandırılması xammal, aqreqat çatışmazlığı ilə bağlı olmaya bilə​r.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözlərlə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.
ASC-də istehsalatın dayandırılması barədə yayılan xəbərlərə münasibət bildirən QHT sədri qeyd edib ki, "Şəki-İpək” ASC-nin baş müəssisəsinin Beynəlxalq Banka kredit borcu 70 milyon manatı keçib:
"Ən pisi isə budur ki, müəssisə son vaxtlar ildə ən yaxşı halda cəmi 5-6 milyon manatlıq məhsul istehsal edir. Paralel olaraq kredit borcu da 13 % artır. Məsələn, 5 milyon manatlıq məhsulun qazancı ən yaxşı halda 1 milyon manat olarsa, deməli, bu il müəssisə 5 milyon manatlıq məhsul istehsal edəndə kredit borcunu azaltmaq imkanına malik olmayacaq. Həmçinin, kredit borcu 10 milyon manat artaraq 80 milyon manata çatacaq. Göründüyü kimi, müəssisəsədə istehsalın dayandırılması xammal, aqreqat çatışmazlığı ilə bağlı olmaya bilər”.
Qeyd edək ki, müəssisənin işçiləri "Şəki İpək” ASC ipək kombinatında istehsalatın tamamilə dayandırılnması barədə məlumat yaymışdı. Məlumata görə, dünəndən müəssisənin bütün işçiləri (600 nəfərə yaxın adam) əvəzi ödənilməyən məzuniyyətə göndərilib. Bundan öncə işçilərə yalnız may ayının əməkhaqqısı verilib.
"Şəki-İpək” ASC-nin rəhbərliyi isə müəssisənin dayandırılması  və 600 işçinin əvəzi ödənilməyən məzuniyyətə göndərilməsi barədə yayılmış məlumatı təkzib edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az