"Bu mövzuda Azərbaycanın istiqlalı, Qafqaz bölgəsi üçün böyük xidmətlər göstərmiş dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyevi mütləq xatırlamalıyıq" - Allahşükür Paşazadə


Hörmətli konfrans iştirakçıları! Tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və tolerantlıq dövlət səviyyəsində dəstəklənir. 

Bu sözləri "Beynəlxalq Tolerantlıq Günü"nə həsr olunmuş "TOLERANTLIQ SÜLH VƏ ƏMƏKDAŞLIĞA APARAN YOL KİMİ" mövzusunda çıxışı zamanı beynəlxalq konfransda Allahşükür Paşazadə bildirib.

Şeyx bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi dünyada insan həmrəyliyinə xidmət edir:

"Bu məqamda Azərbaycanın istiqlalı, ümumən Qafqaz bölgəsi üçün böyük xidmətlər göstərmiş dahi şəxsiyyət -- ulu öndərimiz Heydər Əliyevi xatırlamalıyıq. Gələn il anadan olmasının yüz illiyi tamam olacaq ulu öndərimizin anım günləri ərəfəsində biz bu böyük insanın dövlətimiz, xalqımız üçün, milli-mənəvi dəyərlərimizin dirçəlişi üçün atdığı tarixi addımları böyük minnətdarlıqla yad edirik. Müstəqil dövlət olaraq Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli «Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür» təbirinin müəllifi - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi sayəsində qoyulmuşdur. Bu uğurlu siyasi kursun davamçısı Prezident İlham Əliyev cənabları Multikulturalizmi «Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti» kimi dəyərləndirdi. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində unikal fəaliyyəti ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət etməkdədir."- deyə Allahşükür Paşazadə bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az