Bu şəxslərə diplomatik pasport veriləcək

Bu şəxslərə diplomatik pasport veriləcək
Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar.
 
APA-nın məlumatına görə, bununla bağlı "Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir.
 
Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək.
 
Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az