Bu təyyarədən imtina edildi

Bu təyyarədən imtina edildi

Türkiyə "uçan tabut" adlandırılan təyyarədən istifadəni dayandırır.

Vətəninfo.az Türkiyə mətbuatına istinadən məlumatına görə, Hava Qüvvələrinin kapitanı sabahdan etibarən "RF-4E" tipli kəşfiyyat təyyarələrindən istifadəni dayandıracaqlarını açıqlayıb.

Ordu generalı Abidin Ünal sabah 8 adət "RF-4E" təyyarəsi ilə son dəfə uçuş olacağını açıqlayıb. Son uçuşları isə Hava Qüvvələrinin bir və iki nömrəli komandirləri Akın Öztürklə Abidin Ünal həyata keçirəcək.

Xatırladaq ki, fevralın 27-də Malatyada qəzaya uğrayan təyyarədə 4, martın 5-də isə Konyada təlim zamanı qəzaya uğrayan təyyarədə 2 pilot şəhid olub.

Malatyada qəzaya uğrayan "RF 4-E", Konyada qəzaya uğrayan isə modernləşdirilmiş "F-4" təyyarəsi olub. Modernləşdirilmiş təyyarələrdən 2020-ci ilə kimi istifadə ediləcək.

F-4E təyyarələri 1974-cü ildən Türk Hava Qüvvələri tərəfindən istifadə edilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az