“Vətəninfo.az”a Laçın rayonu sakini və Yeni Azərbaycan Partiyası Laçın Rayon Şöbəsinin üzvü Rəhman Rüstəmovun Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov haqqında açıqlama vermişdi. Açıqlamaya qarşı tərəf belə münasibət bildirdi:
“ “Vətəninfo.az”da Laçın Rayon İcra Hakimiyyətinin başçısı Cənab Ramiz Cəbrayılov və Malıbəy kəndi haqqında bəzi əsassız məlumatlar yayıb. Məlumata görə guya cənab Ramiz Cəbrayılov 20 nəfər Malıbəylini işdən qovub, cəbhəçini isə icra nümayəndəsi təyin edib. Mən Nəsibov Samir Əlişir oğlu bütün bu məlumatların yalan və əsassız olduğunu bildirirəm.Nəzərinizə çatdirim ki, 2009-cu ildən etibarən Laçın rayonu Malıbəy kənd İcra Nümayəndəsinin müavini işləyirəm. Həmin ildən də YAP-ın üzvüyəm.Atam Rüstəmov Əlişir Nəsib oğlu isə Qarabağ döyüşlərində iştirak etmiş müharibə veteranidir, həm də zəhmətkeş müəllimdir. 1995-ci ildən YAP-nın üzvüdür. Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Cəbrayılov cənab Prezidentimizin sərəncamına əsasən Malıbəy kənd İcra nümayəndəsi Əsədov Yelmari orta təhsilli olduğu üçün işdən azad edib və ali təhsilli olduğum üçün bütün işləri müvəqqəti olaraq mənə həvalə etmişdir. Laçın Rayonu İcra Hakimiyyətində cəmi 2 nəfər Malıbəyli işləyirdi,onlardan biri Yelmar Əsədov, biri isə mənəm. Laçın rayonu İcra hakimiyyətinin başçısı Cənab R.Cəbrayılov, eləcə də İcra hakimiyyətinin bütün işçiləri Prezdentimiz Cənab İlham Əliyevin siyasətini dəstəkləyir, dövlətimizin və rayonumuzun gələcəyi naminə xeyirli işlər görməkdə davam edir. Rüstəmov Rəhman Ağakişi oğlu tərəfindən "Vətəninfo.az" a verilən məlumatlar əsassızdır, yalandır. Mən vətəndaşlıq hüququmdan istifadə edərək mənə və atama, eləcə də Laçın Rayon İcra Hamikiyyətinə atılan böhtanlara görə həmin üzdən iraq insanlari məsuliyyətə cəlb edə bilərəm. Mən Nəsibov Samir Əlişir oğlu Laçın Rayon İcra Hakimiyyətinin məsul işçisi olaraq bütün bu yalan, əsassız böhtan dolu məlumatları təkzib edirəm. Bu cür məlumatlar Laçın Rayon İcra Hakimiyyətinin başçısı Cənab R.Cəbrayilovu, eləcə də bütün işçiləri nəinki sarsıdır, əksinə daha da xeyirli işlər görməyə sövq edir.
Samir Nəsirov ”