Bu yoldakı tıxac aradan qaldırılacaq – Sürücülərə şad xəbər

Bu yoldakı tıxac aradan qaldırılacaq – Sürücülərə şad xəbər
Sabunçu-Zabrat yolundakı tıxac aradan qaldırılacaq.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, səhər saatlarında Sabunçu, Zabrat, Maştağa və bu istiqamətdə olan digər kənd və qəsəbələrdən şəhərin mərkəzi istiqamətində nəqliyyatın hərəkətində müşahidə edilən tıxac da aradan qaldırılacaq.
M.Ağayev deyib ki, bu məqsədlə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək.
Qeyd edək ki, Sabunçu-Zabrat yolunun xüsusilə yolüstü piyada keçidinin yerləşdiyi hissəsində taksilərin avtobus dayanacaqlarında saxlaması, avtobusların isə yolun ikinci və üçüncü zolaqlarında saxlaması pik saatlarında tıxacların yaranmasına səbəb olur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az